AFFA Hakimlər Komitəsi "Karvan-Yevlax" üçün seminar keçirib

3 Mart 2026 16:30 (UTC+04:00)

AFFA Hakimlər Komitəsi "Karvan-Yevlax"ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

Bölgə təmsilçisindən SİA-ya verilən məlumata görə, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib.

O, vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.