Bəzi yerlərdə yağıntı intensivləşəcək -XƏBƏRDARLIQ

3 Mart 2026 16:27 (UTC+04:00)

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq martın 4-ü günün ikinci yarısı 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.