"Cənab Prezidentin Qarabağa səfərləri daim diqqət mərkəzində olub və bu səfərlər ölkənin strateji prioritetlərinin praktik icrası kimi qiymətləndirilir. Hər dəfə Prezident Qarabağ regionuna səfər etdikdə burada müxtəlif açılış mərasimləri keçirilir, yeni istehsal və xidmət obyektləri istifadəyə verilir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
_(1).jpg)
Onun sözlərinə görə, yeni zavodlar, sexlər və fabriklər işə salınır ki, bu da əhalinin məşğulluğunun artırılmasına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəaliyyətin canlanmasına mühüm töhfə verir: "Bu proses regionda sahibkarlıq mühitinin formalaşmasına və investisiya cəlbediciliyinin yüksəlməsinə də şərait yaradır.
Göründüyü kimi, Cənab Prezident işğaldan azad olunmuş ərazilərdə həm struktur, həm də iqtisadi islahatların həyata keçirilməsinə xüsusi diqqət yetirir. Onun səfərləri təkcə açılış mərasimləri ilə məhdudlaşmır, eyni zamanda görülən işlərin yerində qiymətləndirilməsi, yeni tapşırıqların verilməsi və icra mexanizmlərinin müəyyənləşdirilməsi ilə müşayiət olunur. Bu yanaşma bölgədə sistemli və davamlı inkişaf modelinin formalaşmasına xidmət edir. Yol infrastrukturu müasir tələblərə uyğunlaşdırılır, yeni avtomobil və dəmir yolları çəkilir, hava limanları tikilir və regionun nəqliyyat əlçatanlığı artırılır. Bununla yanaşı, turizm potensialının reallaşdırılması istiqamətində ardıcıl addımlar atılır və bölgənin zəngin tarixi-mədəni irsinin bərpası təmin edilir.
Artıq Qarabağ iqtisadi regionu təkcə yerli inkişaf zonası olmaqla kifayətlənmir, eyni zamanda Şərqi Zəngəzur beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Regionun geostrateji mövqeyi və həyata keçirilən genişmiqyaslı layihələr onu beynəlxalq iqtisadi və nəqliyyat marşrutlarının vacib həlqəsinə çevirir. Beləliklə, Cənab Prezident regionu həm iqtisadi, həm də turizm baxımından beynəlxalq səviyyəyə çıxarır və Qarabağın dayanıqlı inkişaf modelini formalaşdırır".