Martın 5-də Naxçıvan şəhərində magistral su xəttində təmir-bərpa işləri aparılacaq.
SİA-nın bölgə müxbiri xəbər verir ki, bu səbəbdən şəhərin S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin içməli su təchizatında müvəqqəti fasilə yaranacaq.
İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimdə verilişi bərpa ediləcək.