"Zəlzələ riski olan ərazilərdə tikinti yalnız seysmik dayanıqlıqla məhdudlaşmır. Müasir yanaşma həm də ekoloji təhlükəsizlik, dayanıqlı inkişaf və təbii sistemlərin qorunması prinsiplərinə əsaslanır".
Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
Onun sözlərinə görə, bu, xüsusilə seyysmik baxımdan aktiv olan Azərbaycan kimi ölkələr üçün aktualdır: "Ekoloji planlaşdırma torpaq seçimi ilə başlayır. Zəlzələ zonalarında ekoloji tikinti planlaması qırılma xətlərindən uzaqda dayanıqlı zəmin seçmək, torpaq sürüşməsi və erroziya riski qiymətləndirilir və yeraltı su qatlarının vəziyyəti araşdırılır, modul/yüngül strukturlardan istifadə etməklə,eyni zamanda yerli materiallardan istifadə etməklə və enerji səmərəliliyini təmin etməklə ekoloji cəhətdən təmiz, fəlakətlərə davamlı şəhərlər yaratmaq məqsədi daşıyır. Dayanıqlı və təhlükəsiz yaşayış məntəqələrinin qurulması üçün təbii landşaftlar qorunmalı, enerji itkiləri azaldılmalı və maddi tullantılar minimuma endirilməlidir.Zəif, bataqlıq və ya sürüşkən torpaqlarda tikinti həm seysmik, həm də ekoloji risk yaradır(torpağın çirklənməsi, su balansının pozulması və s.)
Zəlzələ zonasında yalnış planlaşdırma əlavə fəlakətlərə səbəb ola bilər.Belə ki, meşələrin kütləvi qırılması torpaq sürüşməsini artırır, yamaclarda həddindən artıq tikinti erroziyanı sürətləndirir və sahilyanı zonalarda qeyri-düzgün tikinti su ekosistemlərinə zərər vurur.Ekoloji yanaşma təbii baryerləri – yaşıllıqları, torpaq örtüyünü və su hövzələrini qorumağı tələb edir.
Müasir şəhər planlaşdırmasında seysmik risk xətləri hazırlanır, əhalinin sıxlığı risk zonasına görə tənzimlənir, açıq və təhlükəsiz sahələr nəzərdə tutulur.Zəlzələ zonasında tikinti sadəcə möhkəm bina inşa tikmək deyil.Bu geoloji, ekoloji və sosial amillərin birlikdə nəzərə alındığı kompleks yanaşmadır.
Ümumiyyətlə zəlzələdən sonrakı riskləri azaltmaq üçün yaşıllıq sahələri artırılmalı və fəlakətlərin toplaşdığı ərazilər ekoloji cəhətdən dizayn edilməlidir".