İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə və təşkilata üzv ölkələrin xarici işlər nazirlərinə rəsmi məktub ünvanlayıb.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, məktubda Əraqçi, 28 fevral 2026-cı il tarixində ABŞ və İsrail rejiminin İrana qarşı koordinasiyalı hücumlarını açıq şəkildə "aşkar silahlı təcavüz" kimi xarakterizə edib. O vurğulayıb ki, bu addım ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiqini qadağan edən BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin birbaşa pozulmasıdır.