Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır

3 Mart 2026 10:43 (UTC+04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində mübarizəyə bu gün start verəcək.

SİA xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma ilk oyununu Bakıda Şimali Makedoniya kollektivinə qarşı keçirəcək.

“Dalğa Arena”da təşkil olunacaq görüş saat 15:00-da start götürəcək. Matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.