Novorossiysk limanındakı “Şesxaris” neft yükləmə terminalında baş verən hadisə Qazaxıstanın neft hasil edən şirkətlərinin istehsal göstəricilərinə təsir etməyib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Qazaxıstan neftinin istehsalı və ixracı normal rejimdə davam edir. Həmçinin Qazaxıstan neftinin tədarükü üçün istifadə olunan ixrac infrastrukturunda heç bir pozuntu qeydə alınmayıb.
Nazirlik müvafiq təşkilatlar və infrastruktur operatorları ilə əməkdaşlıq çərçivəsində vəziyyətin monitorinqini aparır.
Xatırladaq ki, medianın məlumatına görə, Novorossiyskdə dron hücumundan sonra fövqəladə vəziyyət elan edilib. Zərbə nəticəsində Rusiyanın cənubundakı neftin yüklənməsi komplekslərindən biri olan “Şesxaris” terminalında yanğın baş verib.