Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Masallı rayonunun Mahmudavar kəndindəki təndirxanada yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqinin və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər tələblərin pozulduğu aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.