Paşinyan İranın Ali Lideri Əli Xameneinin ikitərəfli münasibətlərin inkişafına verdiyi şəxsi töhfəni qeyd etdi.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İran rəsmilərinin və vətəndaşlarının ölümü ilə bağlı İran Prezidenti Məsud Pezeşkiana başsağlığı verdi.
"Biz İrandakı vəziyyəti böyük narahatlıqla izləyirik. İran liderləri və vətəndaşları arasında baş verən itkilərlə bağlı başsağlığımı qəbul edin", - deyə Paşinyan bildirib.
O, Yerevanın İranın Ali Lideri Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafındakı şəxsi rolunu həmişə xatırlayacağına əminlik bildirib. Bu çətin dövrdə Ermənistan hakimiyyəti regionda sülhün və sabitliyin tezliklə bərqərar olmasına ümid edir. O, dost İran xalqına dözümlülük və sülh arzulayıb.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığında İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verib.
İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində İranda ən azı 555 nəfər həlak olub