Ölkənin Müdafiə Nazirliyi bildirib ki, Paris "razılaşmalara və kollektiv özünümüdafiə prinsipinə uyğun olaraq" hərəkət edə bilər.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransa İranın hücumlarına məruz qalan Fars körfəzi ölkələri və İordaniyanın müdafiəsinə qoşulmağa hazırdır. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot 2 mart bazar ertəsi günü Parisdə keçirilən mətbuat konfransında bildirib ki, bölgədəki Fransa vətəndaşlarının təhlükəsizliyi Parisin "mütləq prioritetidir".Fransa naziri qeyd edib ki, "Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun raket və pilotsuz təyyarələri tərəfindən qəsdən hücuma məruz qalan və seçmədikləri müharibəyə cəlb edilən dost ölkələrə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Bəhreyn, Küveyt, Oman və İordaniyaya tam dəstəyini və həmrəyliyini bildirir. Onların müdafiəsində iştirak etməyə hazırdır".
Paris "tərəfdaşları ilə bağladığı müqavilələrə və kollektiv özünümüdafiə prinsipinə uyğun olaraq" hərəkət edə bilər.
Müdafiə nazirinin sözlərinə görə, təxminən 400.000 Fransa vətəndaşı regionun bir neçə ölkəsində yaşayır və ya tranzit yolu ilə hərəkət edir. Hazırda Fransa vətəndaşlarının öldüyü və ya yaralandığı barədə heç bir məlumat yoxdur.
Barrot əlavə edib ki, Fransanın regiondakı diplomatik şəbəkəsi vətəndaşlara kömək etmək və mümkün olduqda onların quru yolu ilə getməsini asanlaşdırmaq üçün səfərbər olunub.
Xatırladaq ki, Hörmüz boğazından nəqliyyatın tamamilə dayandırılması halında, Yaxın Şərqdəki əsas neft istehsalçıları hasilatı maksimum 25 gün saxlayacaqlar .