Küveyt Hava Hücumundan Müdafiə Qüvvələri üç Amerika qırıcı təyyarəsini vurub

2 Mart 2026 15:52 (UTC+04:00)

Amerikalılar Küveyt Müdafiə Qüvvələrinə davam edən "Epik Qəzəb" əməliyyatında göstərdikləri səylərə və dəstəyə görə təşəkkür ediblər.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) 2 mart bazar ertəsi günü verdiyi məlumata görə , Küveyt hava hücumundan müdafiə sistemləri üç Amerika F-15E Strike Eagle qırıcı təyyarəsini vurub Hadisənin dünən qırıcıların "Epik Qəzəb" əməliyyatına dəstək olaraq uçuş həyata keçirərkən baş verdiyi deyilir.

Bəyanatda deyilir: "İran təyyarələrinin, ballistik raketlərin və dronların hücumlarını əhatə edən aktiv döyüş əməliyyatları zamanı ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri səhvən Küveyt hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub".

Bildirilib ki, altı ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə katapultasiya edilib, təhlükəsiz şəkildə təxliyə edilib və vəziyyətləri sabitdir.

"Küveyt bu hadisəni etiraf etdi və biz Küveyt Müdafiə Qüvvələrinin səylərinə və davam edən əməliyyatda göstərdikləri dəstəyə görə minnətdarıq. Hadisənin səbəbi araşdırılır. Əlavə məlumat əldə edilən kimi açıqlanacaq", - deyə hərbçilər əlavə ediblər.

Bazar ertəsi günü Küveyt Müdafiə Nazirliyi bir neçə Amerika hərbi təyyarəsinin ölkənin hava məkanında qəzaya uğradığını bildirib . Qırıcı təyyarələrdən birinin qəzaya uğraması ilə bağlı video sosial mediada yayımlanıb.

Dünən İrana qarşı əməliyyat zamanı üç amerikalı hərbçinin öldüyü , daha beşinin isə ağır yaralandığı məlum oldu.