Senator ABŞ-ın yeni hədəfinə çevriləcək ölkənin adını çəkdi

2 Mart 2026 15:09 (UTC+04:00)

ABŞ-lı respublikaçı senator Lindsi Qraham bildirib ki, Kubadakı hazırkı rejim İran rejimindən sonra süqut edəcək.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçı senator Lindsi Qrehem Fox News-a verdiyi müsahibədə bildirib ki, ABŞ üçün növbəti hədəf Kuba olacaq: İranın rejimindən sonra mövcud rejim də süquta uğrayacaq. “Növbəti Kubadır. Onların rejimi süqut edəcək. Onların günləri sona çatır. İran rejimi çökmək üzrədir. Gəminin kapitanı ayətullah ölüdən də ölüdür”, - senator bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Kubanın ilhaqına icazə vermişdi və bunu "dostcasına" adlandırmışdı.

ABŞ Maliyyə Nazirliyi əvvəllər Venesuela neftinin Kubaya yenidən satılmasına icazə vermişdi, bu şərtlə ki, bu əməliyyatlar Kubanın özəl sektoruna fayda versin, ölkənin kommunist hökumətinə yox.