Mədəniyyət naziri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyəcək

2 Mart 2026 14:42 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli martın 13-də, saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 40 ) Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar martın 10-dək Nazirliyin [email protected] elektron poçt ünvanı və (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.