BƏƏ Tehrandakı səfirliyini bağlayır və səfirini geri çağırır

2 Mart 2026 14:03 (UTC+04:00)

BƏƏ hakimiyyəti İranın əmirliyə endirdiyi zərbələrə görə Tehrandakı səfirliyini bağlamaq və səfiri və diplomatik nümayəndəliyin bütün üzvlərini geri çağırmaq qərarını açıqladı.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "BƏƏ hakimiyyəti Tehrandakı səfirliyinin bağlandığını və səfirin və diplomatik nümayəndəliyin bütün üzvlərinin İrandan geri çağırıldığını elan etdi".

Qeyd olunub ki, bağlanmanın səbəbi İranın ölkəyə raket zərbələri olub. Nazirlik mülki infrastrukturun vurulduğunu vurğulayıb.

Daha əvvəl İranın BƏƏ-dəki ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində üç əcnəbinin öldüyü bildirilmişdi. Yaşayış məntəqələrinə bir neçə raket və dron düşüb.