Hakimiyyət orqanları dərhal axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Bütün heyət üzvləri xilas edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, pilotların vəziyyəti stabildir.
Küveyt Müdafiə Nazirliyinin 2 mart tarixli məlumatında Küveytdə bir neçə Amerika hərbi təyyarəsi qəzaya uğrayıb .Rəsmi agentlik sözçüsü bildirib ki, müvafiq orqanlar dərhal axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Bütün heyət üzvləri xilas edilib. Pilotların vəziyyəti stabildir.
"Hadisənin şərtləri ilə bağlı dost Amerika qüvvələri ilə birbaşa koordinasiya aparılıb və birgə texniki tədbirlər görülüb. Müvafiq orqanlar qəzanın səbəbini müəyyən etmək üçün araşdırmalarını davam etdirirlər", - deyə açıqlamada bildirilir.
Bu arada, sosial mediada Küveytdə vurulduğu iddia edilən qırıcı təyyarənin qəzaya uğraması ilə bağlı video yayımlanıb.ABŞ Mərkəzi Komandanlığının məlumatına görə , dünən İrana qarşı əməliyyat zamanı üç amerikalı hərbçinin öldürüldüyü , beş hərbçinin isə ağır yaralandığı bildirilib.