"Hörmüz boğazı İran tərəfindən bağlanmayıb" - Müctəba Dəmirçil

2 Mart 2026 11:30 (UTC+04:00)

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil bildirib ki, Hörmüz boğazı İran tərəfindən bağlanmayıb və buradakı neft nəqli ilə bağlı məsələlər əsasən İran tərəfindən idarə olunur.

SİA xəbər verir ki, səfir bu fikirləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Hörmüz boğazında tətbiq olunan qanunlara riayət edilməsi gözlənilir və İran marşrutdan keçən tankerlərin hərəkətinə nəzarət edir: “Əgər qaydalara əməl olunmasa və qəza baş versə, ekoloji fəsadlara görə məsuliyyət İranın üzərinə düşür. Buna görə də lazımi addımlar vaxtında görülməlidir”.

Müctəba Dəmirçil əlavə edib ki, qanun pozuntularına qarşı İran tərəfindən cavab tədbirləri görülüb və əgər məsuliyyət hissi olarsa, bu marşrutun təhlükəsizliyinin təmin olunması istiqamətində əlavə tədbirlər də həyata keçiriləcək.