Görən, “eşşək palçığa bir dəfə batar” deyimindən burada istifadə etmək olar?

2 Mart 2026 11:40 (UTC+04:00)

...Rusiya İsrail və ABŞ-ın hücumlarından sonra İran müttəfiqlərini dəstəkləməyə qadirdirmi?

Təbii ki, bunu çox uzağa getməyib elə Suriyadakı Əsəd rejimindən soruşmaq olar...

SİA xatırladır ki, İranın “suverenliyə təhdid yarandıqda qarşılıqlı yardım” haqqında müqavilənin müddəalarına əsaslanaraq Rusiyaya müraciət etdiyi təsdiqlənib.
Hə, indi nə olasıdı ki? Belə məqamlarda Ruslarda da ki, bəhanə, necə deyərlər,..ləyənnən.

Budur, Moskva bu dəfə hüquqi bəhanəyə əl atıb: ABŞ və İsrailin zərbələri tammiqyaslı yerüstü işğal əvəzinə "terror infrastrukturuna qarşı hədəf əməliyyatları" kimi təqdim edildiyindən, Kreml bunu kollektiv müdafiə bəndi ilə əhatə olunmayan hal kimi şərh edir.

...Deyilənlərə görə, İran İsrail təyyarələrini kor etmək üçün Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərinin, eləcə də Suriyadakı (Xmeymim və Tartus) Rusiya bazalarında Krasuxa və Leer-3 elektron müharibə sistemlərinin aktivləşdirilməsini istəyib.

Amma Rusiya nəinki imtina edib, hətta bəzi məlumatlara görə, təsadüfi toqquşmadan və münaqişəyə girmək üçün bəhanə tapmaqdan yayınmaq üçün İsrail raket uçuşları zamanı bazalarındakı transponderləri və aktiv radarları söndürüb. Nəhayət, Moskvanın rədd cavabı Şimali Koreya və Çinin paytaxtlarında - Pxenyan və Pekində, eləcə də Qlobal Cənub ölkələri arasında eşidilib.

Budur, yenə də Rusiya “ilk ciddi çətinliyə qədər müttəfiq” olduğunu nümayiş etdirdi.

Yenə də deyilənlərə görə, indi də İran elitaları, xüsusən də praqmatik qanad, indi açıq şəkildə Rusiyaya strateji etibarın milli fəlakətə səbəb olan bir səhv olduğunu söyləyirlər..?

...Nə bilim Vallah, görən, “eşşək palçığa bir dəfə batar” deyimindən burada istifadə etmək olar?

Əli Babayev