Əmək və əhalinin sosial müdafiəsi naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

2 Mart 2026 10:25 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev martın 13-də Laçın rayonunda sakinlərin müraciətlərini dinləyəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar martın 2-4-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılanların əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.