Özbəkistan Dini İşlər Komitəsi zəvvarların Ümrə (kiçik Həcc) ziyarətinə göndərilməsi hava məkanının bağlanması və Yaxın Şərqin bir sıra ölkələrində uçuşların ləğvi səbəbindən dayandırıldığını bəyan edib. SİTAT: "Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi vətəndaşlara bu bölgədəki ölkələrə səyahət etməkdən çəkinməyi və orada yaşayan soydaşlarımıza ehtiyat tədbirlərini gücləndirməyi tövsiyə edir. Bu vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə Özbəkistan Müsəlmanları Ruhani İdarəsi və tur operatorları tərəfindən təşkil edilən Ümrə səfərləri müvəqqəti olaraq dayandırılır", - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, 2 mart 2026-cı il tarixinə planlaşdırılan Daşkənd-Ciddə reysi Özbəkistan Müsəlmanları Ruhani İdarəsi tərəfindən dayandırılıb. "Uçuşların bərpası rəsmi mənbələr vasitəsilə əlavə olaraq elan ediləcək. Həmvətənlərimizdən bu vəziyyəti düzgün başa düşmələrini və rəsmi məlumatlara əməl etmələrini xahiş edirik", - deyə məlumatda vurğulanıb.
Mətləb