Qazaxıstanın Nəqliyyat Nazirliyində Yaxın Şərq ölkələrində yaranmış vəziyyətlə bağlı Operativ Qərargahın iclası keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir. Hazırda İran, İsrail, BƏƏ, Bəhreyn, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Oman, İraq və Livanda hava məkanı ya bağlanıb, ya da qeyri-sabit vəziyyət davam edir. Bununla əlaqədar fevralın 28-də həmin ölkələrdən Qazaxıstana 14 reys, martın 1-də isə 12 reys ləğv edilib.
“Air Astana”, “FlyArystan”, “SCAT” və “VietJet Kazakhstan” aviaşirkətləri hava məkanı açıldığı halda geri dönüş üçün reyslərin yerinə yetirilməsinə təyyarələr ayırmağa hazır olduqlarını bildiriblər.
Sonrakı addımlar Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş qaydada işlənib hazırlanacaq.