İran raketi İsraildə sinaqoqa dəyib...

1 Mart 2026 17:44 (UTC+04:00)

...SİA-nın əldə etdiyi məlumata görə, “The Times of Israel” qəzeti Magen David Adom təcili yardım xidmətinin məlumatına istinadən xəbər verir ki, İranın ballistik raketinin Yerusəlim yaxınlığındakı Beyt Şemeş şəhərinə düşməsi nəticəsində ən azı 20 nəfər yaralanıb.

İsrailin "Channel Nine" telekanalının məlumatına görə, yaralılardan üçünün vəziyyəti kritik hesab olunur.

Yaralılar arasında 10 yaşlı qız da var və o, ağır xəsarətlər alıb.

...Channel Nine xəbər verir ki, raket birbaşa yaşayış binasına dəyib və bina çöküb.

"Yediot Ahronot" qəzeti sinaqoqun yaxınlığındakı sığınacağa dəydiyini bildirir.

Şahidlərin görüntülərində zərbənin baş verdiyi ərazidə yanğının baş verdiyi görünür.

Əli Babayev