Əlini mənə bəsdərəci?!.

1 Mart 2026 18:35 (UTC+04:00)

...Cənubi Koreya prezidenti Li Ce Men Şimali Koreya diktatoru Kim Çen Inın sülh danışıqlarını seçməsini və münasibətlərdə “yeni dövr” başlamasını təklif edib.

SİA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Siyasətçi ümid edir ki, Pxenyanın "qonşular arasında münasibətlərdə yeni dövr"ü müzakirə etmək üçün dialoqu bərpa edəcək? Hər halda Cənubi Koreya tərəfi belə gözləyir.

...Administrasiyamın dəfələrlə bildirdiyi kimi, biz Şimali Koreyanın sisteminə hörmət edirik və heç bir düşmənçilik hərəkəti etməyəcəyik və ya udma yolu ilə heç bir formada birləşməyə çalışmayacağıq. Həmçinin Şimali Koreya ilə dialoqu bərpa etmək səylərimizi davam etdirəcəyik, - deyə Li Ce Men bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Li Ce Men Çin lideri Si Cinpinə Şimali Koreya ilə danışıqların bərpasına kömək etməsini xahiş edib. Si Cinpin də razılaşıb.

Li daha sonra Şimali Koreyanı nüvəsizləşdirməyə çağırıb.

Yeri gəlmişkən, Şimali Koreya lideri Kim Çen In artıq Cənubi Koreyanın tələbini rədd edib və bunu “Vaşinqton və Seulun qeyri-mümkün xəyalı” adlandırıb.

Şimali Koreya daha sonra ABŞ və Cənubi Koreyanı “hücum hərəkətləri” ilə hədələyib.

Əli Babayev