“İran artıq Rusiyaya ballistik raketlər ötürə bilməyəcək”..?

1 Mart 2026 18:24 (UTC+04:00)

...İsrail və ABŞ-ın İrana zərbələri və cavab tədbirlərindən sonra Tehran Ukraynaya qarşı müharibə üçün müttəfiqi Moskvaya raket ötürə bilməyəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov Radio NV-də bildirib.

...Bu kampaniya nəticəsində 100 faiz əminliklə deyə bilərik ki, İran artıq ballistik raketləri Rusiyaya ötürməyəcək, hətta potensial olaraq onlar ya məhv ediləcək, ya da istifadə ediləcək. Qalanını isə, əgər varsa, ən qaranlıq gün üçün saxlayacaqlar. Baxmayaraq...yox, düşünürəm ki, o gün artıq gəlib..?

Sergey Danilov deyib bunu.

O, həmçinin Yaxın Şərqdəki hadisələrin Ukrayna üçün əhəmiyyətini qiymətləndirib. Onun sözlərinə görə, bu, əslində ABŞ və İsrail tərəfindən təcavüz aktıdır.

...Bu zərbələr müharibə aktıdır. Bir tərəfdən, biz beynəlxalq hüququn təsirli olması üçün onun geri qaytarılmasında maraqlıyıq. Çünki təcavüzün qurbanı olaraq beynəlxalq hüquqa güvənirik.

...Digər tərəfdən, əgər biz onun artıq bərpa oluna bilməyəcəyinə inanırıqsa, onda belə bir alət vasitəsilə Ukraynaya qarşı təcavüzə əl atan və Rusiyanın vacib tərəfdaşı olan bir şəxsin məğlub edilməsi praqmatik baxımdan bizim üçün vacib bir hadisədir.

Bunu da Danilov bildirib.

Əli Babayev