Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerindədir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.