Azərbaycanın taekvondo millisi Özbəkistandakı təlim-məşq toplanışını başa vurub

1 Mart 2026 14:11 (UTC+04:00)

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Özbəkistanda keçirilən təlim-məşq toplanışını başa vurublar.

Bu barədə SİA-ya Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Fevralın 16-dan 28-dək davam edən hazırlıq prosesi may ayında keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.