İsrail ərazisinə İrandan raket zərbələrinin endirildiyini elan edib

1 Mart 2026 10:19 (UTC+04:00)

İrandan İsrailə yeni raket yaylım atəşləri endirilib.

SİA-nın məlumatına görə, bu barədə İsrail Ordusunun Mətbuat xidməti xəbər verib.

"İsrailə qarşı əlavə raket yaylım zərbələri endirilib. Əhaliyə növbəti xəbərdarlığa qədər təhlükəsiz yerlərdə qalmaları tövsiyə olunur", - açıqlamada deyilir.

Qeyd olunur ki, hazırda hava hücumundan müdafiə sistemi təhdidləri aşkarlayır və zərərsizləşdirir.