"Özünə gəlmək üçün İrana illər lazımdır" - Tramp

1 Mart 2026 00:10 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp İranla münaqişədən çıxmaq üçün müxtəlif variantlarının olduğunu bəyan edib. Onun sözlərinə görə, münaqişəni uzatmaq və ya bir neçə günə bitirmək mümkündür.

Amerika Prezidenti bu barədə İsrailin 12-ci kanalına müsahibəsində bildirib. "Məndə bu münaqişədən çıxmaq üçün çoxlu variant var – mən bunu uzadıb hər şeyi ələ keçirə bilərəm və ya bir neçə günə bitirib iranlılara deyə bilərəm ki, əgər bərpa olunmağa başlasalar, bir neçə ildən sonra yenidən görüşəcəyik. Hər bir halda, bu hücumdan özlərinə gəlmək üçün onlara bir neçə il lazım olacaq", - deyə Vaşinqton administrasiyasının rəhbəri bəyan edib