"Barselona" -da qalmaq üçün maaşını azaltmağa razılaşdı...

28 Fevral 2026 22:26 (UTC+04:00)

"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordla üçillik müqavilə şərtlərini razılaşdırıb. "Sport.es" nəşrinin yaydığı məlumata görə, tərəflər arasında əldə olunan razılığa əsasən, ingiltərəli forvard maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razı olub. Bu addım kataloniyalıların transfer planlarına mane olan La Liqanın maliyyə feyr-pley qaydalarına uyğunlaşmaq məqsədilə atılıb.

Transfer planı klubun idman direktoru Deku və futbolçunun meneceri arasındakı görüşdən sonra tam dəqiqləşib. Hazırda növbəti addım "Mançester Yunayted"lə maliyyə detallarının yekunlaşdırılmasıdır.

Mətləb