Anna Akopyan Paşinyanı "İnstaqram" hesabından sildi...

28 Fevral 2026 23:04 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan ilə ayrıldığını elan edən Anna Akopyan sosial şəbəkədə atdığı addımla diqqət çəkib. Məlum olub ki, A. Akopyan "İnstagram" sosial media hesabında N. Paşinyanı izlədiyi şəxslər siyahısından çıxarıb.
Bu addım cütlüyün münasibətləri ətrafında yayılan iddiaları daha da gücləndirib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Akopyan hazırda sosial media hesabında cəmi 5 nəfəri izləyir. Onlardan ikisi qızlarına məxsus səhifələrdir.

Mətləb