...İsrail İranın Ali Lideri Əli Xameneinin bu gün səhər İsrailin hücumunda öldürüldüyünə inanır.
SİA-nın əldə etdiyi məlumata görə, Kanal12 adsız İsrail mənbələrinə istinadən xəbər verir.
Onların sözlərinə görə, buna işarə edən "artan əlamətlər" var.
Bunu da The Times of Israel xəbər verir.
Bu məlumatın rəsmi təsdiqi yoxdur.
Bir neçə dəqiqə əvvəl kanal İsrailin qiymətləndirməsinə görə, Xameneinin "ən azı yaralandığı" barədə məlumat vermişdi. Bu, dağıdılmış prezident iqamətgahının peyk görüntülərinə deyil, adsız mənbələrdən alınan məlumata əsaslanır. Xameneinin tezliklə çıxış edəcəyi gözlənilir.
Hesabatda deyilir ki, əgər bu baş verərsə, çıxış əvvəlcədən qeydə alınmış ola bilər.
Kanal 12 də bugünkü hücumların İran rejiminin rəhbərliyinə və hərbi komandanlığına "çox əhəmiyyətli ziyan" vurduğunu bildirir.
Dövlət televiziya kanalı Kan bildirir ki, Xamenei ilə heç bir "əlaqə" yoxdur.
Əli Babayev