BƏƏ və Səudiyyə Ərəbistanı İrana zərbə endirməyə hazırdır...

28 Fevral 2026 18:14 (UTC+04:00)

...Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi rəsmi açıqlamasında ölkənin “İran ballistik raketlərindən istifadə edilən qəddar hücumun” hədəfi olduğunu açıqlayıb.

SİA-nın məlumatına görə, bəyanatda qeyd olunur ki, raket parçaları Əbu-Dabinin yaşayış məntəqəsinə düşüb və nəticədə bir nəfər həlak olub.

Nazirlik bildirib ki, “BƏƏ bu eskalasiyaya cavab vermək və ərazisini, vətəndaşlarını və sakinlərini qorumaq üçün bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır”. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın “qəddar təcavüzünü” pisləyib və BƏƏ, Bəhreyn, Qətər, Küveyt və İordaniya ilə tam həmrəyliyini ifadə edib.

O, həmçinin bu cür "beynəlxalq hüququn pozulması" davam edərsə, ciddi nəticələrlə bağlı xəbərdarlıq edib.

Əli Babayev