Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird biliyini sınayıb

28 Fevral 2026 17:01 (UTC+04:00)

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə keçirilən olimpiadada ümumilikdə 638 şagird iştirak edib.

Bu barədə SİA-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, respublika fənn olimpiadalarının yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənnləri üzrə keçirilib.

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.