...Fevralın 27-də Flamingo raketləri istehsal edən Ukrayna müdafiə şirkəti Fire Point-in həmtəsisçisi Denis Ştilerman X şəbəkəsində FP7 raketlərinin buraxılışının videosunu paylaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, videonun başlığında “Xoş gəlmisiniz, FP7” deyilir.
Ştilerman heç bir detal verməyib.
Bunların təlim və ya canlı buraxılışlar olub-olmadığı, yaxud Rusiyanın 13 bölgəsindəki mövcud raket təhlükəsi ilə əlaqəli olub-olmadığı da məlum deyil.
Deyilənə görə, FP-7, orta mənzilli düşmən hədəflərini vurmaq üçün hazırlanmış klassik dizaynlı ballistik raketdir. Onun mənzili 200 km-ə qədər, uçuş hündürlüyü 65 km, döyüş başlığının çəkisi 150 kq-a qədər və dəqiqliyi 14 m-dir.
Əli Babayev