...ABŞ Prezidenti Donald Tramp Ağ Evin çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ “Kubanı dostcasına ələ keçirə” bilər.
SİA-nın məlumatına görə, Bloomberg müxbiri Coş Vinqrov onun sözlərini təqdim edir.
...Kuba hökuməti bizimlə danışıqlar aparır. Bildiyiniz kimi, onlar böyük çətinlik çəkirlər. Onların pulu yoxdur. Hazırda heç nələri yoxdur. Amma bizimlə danışıqlar aparırlar. Bəlkə də biz Kubanı dostcasına ələ keçirərik, - deyə Tramp bildirib.
...Bu, Trampın Kubaya qarşı açıq təhdidlərə əl atması, ada hökumətinin "ipdən asılı qaldığını" və ABŞ-ın "gəlmək və buranı partlatmaqdan başqa çarəsi olmadığını" iddia etməsi ilk dəfə deyil.
Buna cavab olaraq Kuba Prezidenti Miqel Diaz-Kanel ölkənin özünü müdafiə etməyə hazır olduğunu xəbərdar edib.
...Bizi qorxutmağa çalışmayın; hazırkı təhdidləriniz bizə demək olar ki, bütün əvvəlki ABŞ administrasiyalarının, “şahinlər”in rəhbərlik etdiyi hər şeyi xatırladır, - Diaz-Kanel deyib.
Əli Babayev