Misirin “EgyptAir” şirkəti paytaxt Qahirədən bir sıra ərəb ölkələrinin şəhərlərinə uçuşları dayandırıb.
SİA yerli mediaya istinadla xəbər verir ki, Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən Misirdən Əl-Küveyt, Dubay, Doha, Manama, Əbu-Dabi, Şarcə, Qasim, Dəmmam, Ərbil, Bağdad, Əmman, Beyrut, Maskat şəhərlərinə uçuşlar dayandırılıb.