Trampın tariflərinə qarşı iki mindən çox məhkəmə iddiası qaldırılıb...

28 Fevral 2026 19:25 (UTC+04:00)

...ABŞ Prezidenti Donald Trampın tarifləri ilə bağlı Ali Məhkəmə tərəfindən ləğv edilmiş ümumi məhkəmə iddialarının sayı 2000-dən çoxa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.

FedEx Corp., Dyson Inc., Dollar General Corp., Bausch & Lomb Inc., Brooks Brothers və L'Oreal SA da daxil olmaqla 100-dən çox şirkət Tramp administrasiyasına qarşı ödədikləri idxal rüsumlarının geri qaytarılması üçün məhkəmə iddiaları qaldırıb.

Bloomberg-in məlumatına görə, idxalçılar tariflərin qüvvədə olduğu on aylıq dövrdə ümumilikdə 170 milyard dollardan çox vergi ödəyiblər.

...Əgər FedEx geri ödəmə alsa, biz də bu xərcləri çəkən yükgöndərənlərə və istehlakçılara geri ödəyəcəyik, - deyə logistika nəhəngi FedEx izah edib.

Qeyd edək ki, 20 fevral axşamı ABŞ Ali Məhkəməsi Trampın federal fövqəladə vəziyyət qanununa əsasən tətbiq etdiyi tarifləri ləğv edib.

Məhkəmə prezidentin tarifləri tətbiq etmək üçün həmin qanuna istinad edərək səlahiyyətlərini aşdığına qərar verib.

Əli Babayev