Bu ilin yanvarında Azərbaycanda əmlak sığortası üzrə 25,995 milyon manat sığorta haqqı toplanılıb.
SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 2,649 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 22,3 % azdır.
Yanvarda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,2 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 13,4 manat olub.
Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.