İranda məktəb binasına raket zərbəsi endirilib: ölənlər var

28 Fevral 2026 16:01 (UTC+04:00)

İranın Körfəz sahilindəki Bəndər Abbas limanı yaxınlığındakı Minab şəhəri ABŞ bombardmanına məruz qalıb.

SİA İRNA agentliyinə istinadla xəbər verir ki, raket zərbələri nəticəsində 40 nəfər ölüb, 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəhər merinin verdiyi məlumata görə, ibtidai məktəb də raket zərbəsinə məruz qalıb və şagirdlər arasında da ölənlər var. Hələlik neçə şagirdin ölməsi məlum deyil. Hadisə yerində çalışan fövqəladə hallar üzrə komissiyanın əməkdaşları dağıntılar arasında qalan şagirdləri xilas edirlər. Bu məktəbdə 170 şagird təhsil alır.

Məktəb və universitetdə dərslər, eləcə də banklar və dövlət idarələri də fəaliyyətlərini dayandırıb.

İran mətbuatının xəbərinə görə, Bəndər Abbas limanında İranın dəniz nəqliyyatı üçün infrastrukturu var. ABŞ məhz buna görə limanı və onun yaxınlığındakı obyektləri hədəf alıb.