...İsrail Müdafiə Qüvvələri rəsmiləri bildiriblər ki, ABŞ və İsrail İrana birgə zərbələr endirməzdən əvvəl "bir neçə ay" əməliyyata hazırlaşıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN xəbər verir.
Bu koordinasiya hər iki tərəfə "genişmiqyaslı, əlaqələndirilmiş əməliyyat" aparmağa imkan verib. Kampaniyanın məqsədi "İran rejimini əhəmiyyətli dərəcədə zəiflətmək və İsrailə qarşı mövcud olan təhdidləri neytrallaşdırmaqdır".
CNN əvvəllər İranın ballistik raketləri və buraxılış qurğularının İsrailin ilk hədəfləri olduğunu bildirmişdi.
İsrail Müdafiə Qüvvələri bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq İran daxilindəki hədəfləri vurmağa davam edir. Və əməliyyatlar lazım olduğu qədər davam edəcək.
Əli Babayev