İran bombardmanlara cavab verir

28 Fevral 2026 14:18 (UTC+04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (“SEPAH”) bəyanat yayaraq, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlara cavabın birinci mərhələsinə başlandığını bildirib.

SİA həmin bəyanata istinadla bildirir ki, “SEPAH” genişmiqyaslı raket və pilotsuz uçan aparatlarla (PUA) cavab verir. “Düşmənin heç bir zərbəsi cavabsız qalmayacaq, “SEPAH” İran xalqı ilə birlikdə öz dövlətini qoruyacaq”, - deyə bəyanatda bildirilib.

İran televiziyasının məlumatına görə, Tehran və bir sıra şəhərlərdə dağıntılar baş verib. Tehranın mərkəzində yerləşən İranın Müdafiə Nazirliyinin, Atom Enerjisi Agentliyinin inzibati binaları raket zərbəsinə tuş gəlib.

İRNA-nın məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Departamenti açıqlamasında bildirib: "Düşmən və cinayətkar düşmənin İran İslam Respublikasına qarşı təcavüzünə cavab olaraq, İran İslam Respublikasının işğal olunmuş ərazilərə qarşı genişmiqyaslı raket və pilotsuz təyyarə hücumlarının ilk dalğası başlayıb".