Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu təxirə salınıb

28 Fevral 2026 13:43 (UTC+04:00)

Daxili işlər naziri Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

Yeni tarix barədə əlavə məlumat veriləcəyi bildirilib.