Bu gün Misli Premyer Liqasında XXII turun daha iki oyunu keçiriləcək.
SİA xəbər verir ki, "Neftçi" "Şamaxı"nın, "Karvan Yevlax" isə "Qəbələ"nin qonağı olacaq.
Misli Premyer Liqası
II dövrə, XXII tur
28 fevral
14:30. "Şamaxı" – "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu
17:00. "Qəbələ" – "Karvan-Yevlax"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" isə "Araz-Naxçıvan"ı (1:0) hesabı ilə məğlub edib.