Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı

28 Fevral 2026 04:06 (UTC+04:00)

Bu gün Ramazan ayının 10-cu günüdür. SİA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 28-də Bakıda imsak saat 05:52 , iftar isə saat 18:44-dədir.

Ramazan ayının 10-cu gününün duası:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

Allah orucunuzu qəbul etsin!

Mətləb