Daha bir otelin fəaliyyəti məhdudlaşdırıldı - RƏSMİ AÇIQLAMA

27 Fevral 2026 23:05 (UTC+04:00)

Zaqatala şəhərində yerləşən "Zaqatala" otelinin fəaliyyəti qismən məhdudlaşdırılıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Zaqatala şəhərində yerləşən "Zaqatala" otelində keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Həmin mehmanxananın fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Mətləb