Əfqanıstanın xarici işlər naziri Əmirxan Muttaki Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd əl-Xuleyfi ilə telefon danışıqları zamanı Pakistanla mövcud münaqişə barədə danışıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, H.Fidanla telefon danışığı zamanı bəyan edib ki, Əfqanıstan İslam Əmirliyi əvvəldən zorakılığı dəstəkləməyib və məsələlərin qarşılıqlı anlaşma və hörmət yolu ilə həll edilməsini daim müdafiə edib. Lakin bu, yalnız qarşı tərəfin həll yoluna praktik və səmimi sadiqlik nümayiş etdirməsi halında təsirli olacaq.
Fidan və əl-Xuleyfi ilə söhbətlərində o, Əfqanıstan ordusunun Pakistana qarşı hərəkətlərinin "ölkənin suverenliyini, hava məkanını və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirildiyini və bu məqsədlərə uğurla nail olunduğunu" vurğulayıb.
Mətləb