Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında yerli atəşkəs elan edilib...

27 Fevral 2026 20:16 (UTC+04:00)

...Zaporojye Atom Elektrik Stansiyası ərazisində Moskva vaxtı ilə səhər saat 7:00-dan etibarən yerli atəşkəs elan edilib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rosatom-un baş direktoru Aleksey Lixaçev məlumat verib.

O, jurnalistlərə bildirib ki, “...bu, Rosatom mütəxəssisləri də daxil olmaqla təmir qruplarına Zaporojye İstilik Elektrik Stansiyasının açıq kommutasiya qurğusunun və Ferrosplavnaya xəttinin bərpası üzərində işə başlamağa imkan verib”.

Lixaçev xatırladıb ki, qurğular 10 fevralda Ukrayna qüvvələrinin atəşi nəticəsində zədələnib.

Rosatom rəhbərinin sözlərinə görə, bərpa işləri ən azı bir həftə çəkəcək.

Daha əvvəl mediada Rusiyanın Ukrayna münaqişəsinin həlli çərçivəsində Zaporojye Atom Elektrik Stansiyasının Vaşinqtonun tam nəzarətinə verilməsi ilə bağlı ABŞ-ın təklifini rədd etdiyi bildirilirdi.

Əli Babayev