Portuqaliyalı qapıçının müsəlman oyunçular üçün etdiyi “fədakarlıq”..?

27 Fevral 2026 18:56 (UTC+04:00)

...“Nant”ın qapıçısı Entoni Lopes 22 fevralda Fransa liqasında “Le Havre” ilə matçda omba ağrısından şikayətlənərək oyunu dayandırıb.

SİA xəbər verir ki, “Ouest-France” və “Give Me Sport”un məlumatına görə, fasilə Ramazan bayramını qeyd edən oyunçulara gün batdıqdan sonra oruclarını açmağa imkan verib.

Deməli, oyunun 74-cü dəqiqədə portuqaliyalı qapıçı yerə yıxılıb və tibbi yardım istəyib.

Meydanda çıxan həkimlər həkimlər onu bir neçə dəqiqə müayinə ediblər.

Və bu müddət ərzində bir neçə müsəlman oyunçu oruclarını açmaq üçün ehtiyat oyunçular skamyasına yaxınlaşıblar. Müalicə aldıqdan sonra Lopes oyuna davam etdirib.

...“Ouest-France” ın məlumatına görə, matçdan sonra o, jurnalistlərin sağlamlığı ilə bağlı suallarını cavablandırarkən “mənalı şəkildə gülümsəyib” və bu da fasilənin qəsdən edildiyi barədə fərziyyələrə səbəb olub.

Qeyd edək ki, Fransa liqası İngiltərə və Almaniya liqalarından fərqli olaraq rəsmi olaraq oyunları dini səbəblərə görə dayandırmır.

Oyun isə “Nant”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nazlı Almuradova