Kanada hökuməti İran üçün səyahət xəbərdarlığı səviyyəsini narıncıdan qırmızıya qaldıran bəyanat yayaraq, regional gərginliyin artması və əvvəlcədən xəbərdarlıq edilmədən hərbi münaqişə ehtimalı səbəbindən bütün vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.
SİA xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Ottava xüsusən də ikili vətəndaşlığı olanlar üçün özbaşına həbslər və gözlənilməz repressiyalar kimi risklər barədə xəbərdarlıq edib.