NATO ilə Rusiya arasındakı gərginlik davam edərkən, Rusiya Xarici Kəşfiyyat Xidməti diqqətçəkən bir iddia irəli sürüb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, İngiltərə və Fransa Ukraynaya nüvə bombası verməyi planlaşdırır. Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, İngiltərə və Fransa Ukraynaya nüvə bombası verməyi planlaşdırır və bu istiqamətdə işlər aparırlar. Rusiya bildirib ki, nüvə bombası Ukraynaya verilsə, öz nüvə silahını istifadə edəcək.
Rusiya bu planın Üçüncü Dünya Müharibəsinə aparan yol olacağını da açıqlayıb.
Bu xəbər çərşənbə axşamı günü Moskva üçün sanki bomba təsiri yaratdı. Rusiya Xarici Kəşfiyyatı qeyd edib ki, Fransa və İngiltərə nüvə bombası verərək danışıqlar masasında güc balansını təmin edəcəklərini düşünərək belə bir addım atıblar. Rusiya baxış bucağından, hadisənin başlanğıcı Ukraynanın nüvəsizləşdirilməsi idi. Savaş meydanında böyük itkilər verən ölkə kimi görünən Ukraynaya nüvə silahının verilməsi idarəçiliyin əlində isə çılğın bir fikir sayılır.